BALTİKYANI ÖLKƏLƏR

Son illərdə xarici tələbələr arasında populyarlığı sürətlə artan 3 Baltik ölkəsi və Polşada təqaüdlü təhsil imkanları!

Ümumi məlumat: Baltik dənizinin sahilində yerləşən Latviya, Litva və Estoniya Şərqlə Qərb, həmçinin, Şimali və Şərqi Avropa ölkələri arasında körpü rolunu oynaması ilə tanınır.

LİTVA

  • Kaunas və Vytautas Magnus universitetlərinin təqaüd proqramları daxil olmaqla, beynəlxalq tələbələrə xaricdə unikal təhsil təcrübəsi təklif edir. Beynəlxalq səviyyədə tanınan 350-dən çox bakalavr və ya magistr proqramlarını ingilis dilində oxumaq imkanınız var. Təhsil haqqının və yaşayış xərclərinin münasib olmasına görə, Litva Avropanın 10 ən münasib ölkəsi siyahısına daxildir.

LATVİYA

  • Estoniya və Litva arasında yerləşən Latviya zəngin meşələri və dəniz sahilləri sayəsində "Europe's best kept secret" ifadəsi ilə tanınmağa davam edir. Latviya beynəlxalq tələbələrə ingilis dilində bütün ixtisasları əhatə edən 250 dərəcə proqramı təklif edir. Ən məşhur universitetləri ölkənin paytaxtı olan Riqada yerləşir.

ESTONİYA

  • Təqaüd imkanları yalnız dövlət təqaüdü ilə məhdudlaşmayan bu ölkədə Tallinn Texnologiya İnstitutu, Tartu Universiteti, Estonian Business School, Estonian University of Life Sciences kimi qabaqcıl universitetlərin təklif etdiyi təqaüd proqramlarından da yararlanmaq mümkündür. Avropanın ən az məskunlaşmış ölkələrindən olan Estoniya müstəqillik qazandığı tarixdən bəri aktiv bir şəkildə Qərbə doğru yönəlməsi, yenidən qurulması, müasirləşməsi və startup şirkətlərin vətəni olması faktları ilə diqqəti cəlb edən ölkələrdəndir.