BELÇİKA

Ümumi məlumat: Belçika — Şimal-qərbi Avropada dövlət. Avropa İttifaqı və NATO-nun üzvüdür. Federativ dövlət quruluşuna sahibdir və üç hissəyə — Niderland dilinin rəsmi dil olduğu Flandriya (Vlaanderen), fransız dilinin rəsmi dil kimi qəbul edildiyi Valloniya (Wallonie) və Brüssel paytaxt bölgələrinə (Région də Bruxelles-Capitale; Brussels Hoofdstedelijk Gewest) bölünür.

NİYƏ BELÇİKA?

  • Yüksək həyat standartı;
  • Avropanın mərkəzində yerləşməsi, multikultural dəyərlərə açıq və təhlükəsiz ölkə olması, təhsil proqramları üzrə geniş seçimlər təqdim etməsi sayəsində Belçika beynəlxalq tələbələrin maraq obyektidir. Bundan əlavə KU LEUVEN, VRIJE kimi reytinqli universitetlərdə magistr tələbələrinə təklif olunan müxtəlif təqaüd və endirimlər mövcuddur.