ÇİN

Ümumi məlumat: Çin Xalq Respublikası (ÇXR) və ya Çin - Şərqi Asiyada yerləşən tək partiyalı unitar dövlətdir. Dünyada əhalisinin sayına görə birinci, sahəsinin böyüklüyünə görə isə üçüncü ölkədir. Ölkə 22 əyalət, beş muxtar bölgə, dörd birbaşa idarə olunan bələdiyyə (Pekin, Tyantszin, Şanxay və Çuntsin) həmçinin Honkonq və Makao xüsusi inzibati bölgələrindən ibarətdir.

Təqaüd proqramı Çinin 243 universitetini əhatə edir, ən qabaqcıl universitetlər:

  • Pekin Dil və Mədəniyyət Universiteti;
  • Beynəlxalq Biznes və İqtisadiyyat Universiteti;
  • Pekin Texnologiya İnstitutu;
  • Pekin Elm və Texnologiya Universiteti;
  • Donghua Universiteti;
  • Şanxay Maliyyə və İqtisadiyyat Universiteti;
  • Xiamen Universiteti;
  • Ningbo Universiteti;
  • Chengdu Universiteti;
  • Southwestern Maliyyə və İqtisadiyyat Universiteti və digər bir çox universitetlər.
  • Amerikada bütün universitetlərdə təhsil dili ingilis dilidir.

Tələb olunan sənədlər:

  • İngilis dili sertifikatı (İELTS və ya TOEFL olması vacib deyil);
  • Pasportun surəti və universitetdən qəbul məktubu (vacib şərt deyil).

Təqaüd qarşılayır:

  • Təhsil haqqından azad edir;
  • Yataqxana və ya mənzil xərci (əgər universitet yataqxanada yaşayışı tələb edirsə yataqxana xərcini, əgər kampusdan kənarda yaşamağa icazə verirsə qalma yerinin xərcini qarşılayır). Məbləğ 100 dollar;
  • Aylıq təqaüd - bakalavr üçün 360 dollar, magistr üçün 430 dollar. Cari ayın 15-dək qeydiyyatdan keçən tələbələr tam təqaüdü, 15-dən sonra qeydiyyatdan keçənlər yarısını alır. Tələbə 15 günlük tətilə filan gedərsə, təqaüd verilmir. Yəni Çindən kənarda olduğunuz müddət üzrə təqaüd verilmir.
  • Tibbi sığorta xərci (116 dollar).

    Qeyd: Təqaüd iki formada verilə bilər: tam təqaüd (bütün yuxarıdakıları əhatə edir) və ya təqaüdün müəyyən hissələri (məsələn aylıq təqaüd və ya təhsil haqqından azad olunma).

Dərəcə İxtisas İllik təhsil haqqı İllik qalma xərci İllik təqaüd İllik tibbi sığorta İllik yekun məbləğ
Bakalavr Fəlsəfə, iqtisadiyyat, hüquq elmləri, təhsil, ədəbiyyat, tarix və menecment 2900 dollar 1200 dollar 4370 dollar 116 dollar 8600 dollar
Elm mühəndislik və kənd təsərrüfatı 3350 dollar 1200 dollar 4370 dollar 116 dollar 9000 dollar
İncəsənət və tibb 3900 dollar 1200 dollar 4370 dollar 116 dollar 9600 dollar
Magistr Fəlsəfə, iqtisadiyyat, hüquq elmləri, təhsil, ədəbiyyat, tarix və menecment 3600 dollar 1200 dollar 5245 dollar 116 dollar 10200 dollar
Elm mühəndislik və kənd təsərrüfatı 4225 dollar 1200 dollar 5245 dollar 116 dollar 10800 dollar
İncəsənət və tibb 5000 dollar 1200 dollar 5245 dollar 116 dollar 11500 dollar

MOFCOM Scholarship

  • Çinin Ticarət Nazirliyi tərəfindən Çin və digər ölkələr arasında əlaqələri möhkəmləndirmək məqsədilə gənc və orta yaşlı insanlara magistr təhsili üçün verilir. 2-3 illik magistr və 3-4 illik PhD təhsilini qarşılayır. İngilis dilli proqram olmalıdır. Əgər tələbə çin dilində oxumağı seçərsə, 1-2 il çin dili kursuna getməlidir.
  • Müraciətlər Çin səfirliyinin İqtisadi və Ticari konsulluq şöbəsində edilir.
  • Təqaüd əhatə edir:
  • Təhsil haqqını, yataqxanada yaşayışı, stipendiya (magistr üçün aylıq 430 dollar, PhD üçün aylıq 500 dollar), tibbi sığortanı, gəliş biletini.
  • 26 universitetdən 3 universitetə müraciət etmək olar.