ÇEXİYA

Ümumi məlumat: Çexiya və ya rəsmi adi ilə Çex Respublikası, Şərqi Avropada dövlət. 1 may 2004-cü ildən Avropa İttifaqının üzvüdür, Şengen zonasına daxildir. Ölkə tarixən 2 vilayətdən - Bohemiya və Moraviyadan ibarətdir. Sileziya torpaqlarının da bir hissəsi Çexiyanın ərazisinə düşür. Ölkənin paytaxtı Praqa şəhəridir. Praqa 1,2 milyon nəfər və Brno 719.555 nəfər əhali ilə Çexiya Respublikasının ən böyük şəhərləridir.

NİYƏ ÇEXİYA?

  • Elm və Texnologiya, Mühəndislik və Tibb sahəsində yüksək təhsili ilə seçilən Çexiyada münasib qiymətlərlə ali təhsil almaq imkanı! Bu imkandan ən qısa zamanda yararlanmağa tələsin! 2019-2020-ci tədris ili üçün Çex universitetlərinə qeydiyyat artıq başlayıb.
  • Bu gün dünyada 43 mindən çox xarici tələbə Çexiyada təhsil alır və bu rəqəm gündən-günə artmaqdadır.
  • Global Peace İndex-in 2018-ci il hesabatına əsasən, Çex Respublikası dünyanın 7-ci ən təhlükəsiz ölkəsi seçilib.
  • Üstəlik, Çexiyada yaşayış xərcləri Qərbi Avropa ölkələri ilə müqayisədə daha aşağıdır. Məsələn, tələbə yataqxanasında bir aylıq yaşayış 150 USD, yeməkxanada lunch 2.5 USD, avtobus bileti isə 1 USD dəyərindədir.
  • Çexiyada təhsilin daha bir üstünlüyü çex dilində təhsilin ödənişsiz olması ilə yanaşı, sərfəli qiymətlərlə (illik təhsil haqqı 666 USD, 800 USD, 1420 USD olmaqla) ingilis dilində bakalavr və magistr proqramlarının təklif olunmasıdır.
  • Dərəcə proqramları: kənd təsərrüfatı, biznes və idarəetmə, mühəndislik və inşaat, informasiya və kommunikasiya texnologiyaları, incəsənət və humanitar ixtisaslar, təbiət elmləri, sosial elmlər və digərləri.

Visegrad təqaüdü

  • 4 Visegrad ölkəsini əhatə edir: Polşa, Çexiya, Macarıstan və Slovakiya.
  • Müraciət tarixi ildə 3 dəfə: 1 fevral -15 mart, 1 iyun-15 iyul, 1 oktyabr- 15 noyabr.
  • Tələbləri: universitetdən qəbul məktubu, ingilis dili sertifikatı, motivasiya və rekomendasiya məktubları.
  • Təqaüd hər semestr üzrə 1500 avro təhsil haqqını və 2300 avro yaşayış xərcini qarşılayır.