İTALİYA

Ümumi məlumat: İtaliya, rəsmi olaraq İtaliya Respublikası Avropanın cənubunda dövlət. Əhalisi təxminən 58 milyon nəfərdir. Dövlət dili italyan dilidir. Turizm sahəsində işləyən hər kəs ingilis və fransız dillərini başa düşür. Alp dağlarının ətəklərində və Adriatik dənizi sahillərində alman dilini başa düşürlər. Sardiniya əhalisi katalon dialektində danışır.

NİYƏ İTALİYA?

  • Sapienza University of Rome, University of Padua, Polytechnic Institute of Milan, University of Bologna, University of Pisa kimi dünya üzrə reytinqlərdə ön sıralarda olan universitetlər.
  • İtalyan dili ilə yanaşı, əksər tədris proqramları üzrə ingilis dilində təhsil almaq imkanı.
  • İncəsənət, memarlıq və dəb ixtisaslarının vətəni olması.
  • Tibb, hüquq, arxitektura kimi proqramlar istisna olmaqla giriş imtahanının tələb olunmaması və qəbul şərtlərinin sadə olması.
  • Aşağı təhsil haqqı və dövlət təqaüdləri (sosial təqaüd proqramları tələbələri illik təhsil haqqından azad etməklə yanaşı, yaşayış xərclərinin qarşılanması üçün 5100 avro təqaüdlə də təmin edir).
  • Məşhur mətbəxi və mədəniyyəti sayəsində beynəlxalq tələbələrin prioriteti hesab olunan ölkələrdən olması.

Ladiosu, Ergo və dövlət səviyyəsində təşkil olunan digər sosial təqaüd proqramları:

  • Tələbələr təhsil haqqından azad olunmaqla yanaşı, illik 5100 avro, Milan şəhərində olan unilər üçün 6000 avro (yemək + nəqliyyat kartları daxil olmaqla) təqaüd alırlar.
  • Təqaüdə düşmək üçün əsas tələb ailənin maddi durumunun aşağı olduğunu təsdiq edən sənədlər təqdim etməkdir: tələbənin adına cari ildə əmlakın olmaması, yaşadığı evin kvadraturası 100 kvadrat metrdən kiçik olmalı və ailənin rəsmi gəliri (bütün ailə tərkibi nəzərə alınmaqla, ata, ana, 25 yaşadək bacı və ya qardaş) 1000 AZNi keçməməlidir.
  • Universitetlərə qeydiyyat rüsumu Roma və Milan kimi şəhərlərdə 180-300 avro, Bologna universitetində isə 600-900 avro arasında dəyişir.
  • Yataqxanaya düşüb düşməmək də maddi durumdan asılıdır. Dünya sıralamasında Afrika ölkələri kasıblıq səviyyəsinə görə daha üstdə olduğundan azərbaycanlı tələbələrin düşməsi bəzən real olmur.
  • Proses 3 mərhələlidir: ilk öncə universitetlərə müraciət edib qəbul cavabı alırıq, may ayında təqaüd proqramına müraciət edirik, avqustda isə visa məsələsi həll edilir.
  • İtaliyanın ən məşhur dövlət və özəl universitetlərində bu təqaüdlə oxumaq mümkündür, dövlət universitetlərində tələbə təhsil haqqından da azad olunur, özəl universitetlərdə isə təhsil haqqını özü ödəməlidir.
  • Ən məşhur universitetlər: La Sapienza, Tor Vergata, Milan, Politecnico di Milano, Bologna, Siena,Pavia , Padova, Napoli Federico və s.
  • Əksər ixtisaslara qəbul mümkündür. Tibb, hüquq və memarlıq sahəsində oxumaq istəyən tələbələr İtaliyada giriş imtahanı verməlidir.