TÜRKİYƏ

Ümumi məlumat: Türkiyə və ya rəsmi adı ilə Türkiyə Respublikası torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkədir. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.

NİYƏ TÜRKİYƏ?

  • Türkiyənin ən qabaqcıl universitetləri 3735 proqram üzrə təqaüdlü təhsil imkanı tələb edir.
  • Əksər proqramlar türkcə olsa da, bəzi bölümlər və universitetlər ingilis və ya digər dillərdə (alman, fransız) proqramlar təklif edir. Türk dilində oxumaq istəyən bütün tələbələr C1 səviyyədə dili bilməlidir, dil bilgisi yetərli olmazsa, 1 illik türk dili hazırlığını keçməlidir.
  • Proqramların əksəriyyəti beynəlxalq test imtahanının nəticələrini tələb edir (GRE, GMAT, SAT və s.)

Tələblər:

  • Türkiyə vətəndaşlarından başqa bütün ölkələrin vətəndaşları müraciət edə bilər.
  • Bakalavr üzrə qiymət ortalaması – 70, magistr üzrə GPA -75 (sağlamlıq və tibbüzrə müraciət edən tələbələrdə GPA minimum 90 olmalıdır).
  • Bakalavr üçün maksimum yaş limiti -21, magistr üzrə -30 yaş.
  • İngilis (TOEFL) və ya digər dillərdə təhsil almaq istəyənlər sertifikat göstərməlidir.

Təqaüd qarşılayır:

  • 1 illik türk dili kursunu;
  • Universitetin təhsil haqqını (bakalavr 4-6 il, magistr 2 il);
  • Birdəfəlik gediş biletini;
  • Sağlamlıq sığortasını;
  • Universitet yataqxanasında yaşayışı;
  • Aylıq təqaüd – bakalavr üçün 700 TL, magistr üçün – 950 TL.